51 sualı düzgün cavablandıran müəllimimiz 35% artımdan yararlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əməkhaqqı 10% artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83,3% nəticə göstərmiş müəllimin əmək haqqı 35% artmır?
"Demokratikmusavat.com" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, 50 bal toplamış müəllimizin 35%-lik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil: "Çünki, əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35% artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin".
V. Bayramovun sözlərinə görə, yalnız 50 bal toplamış deyil, 30 baldan çox nəticə göstərmiş digər müəllimlər üçün yeni differensial əməkhaqqı artımları ilə bağlı təklif elm və təhsil nazirinə təqdim edilib: "Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğunu və təkliflərimizə diqqətlə yanaşdıqlarını nəzərə alaraq inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq".
Könül
Demokratikmusavat.com