Türkiyənin məşhur telekanalında yayımlanan mahnı müsabiqəsində Azərbaycan xalq mahnısı səslənib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, “TRT 1” kanalında yayımlanan “Sen türkülerini söyle” mahnı müsabiqəsində türkiyəli iştirakçı Ceren Ayça Sevim “Ay Laçın” mahnısını ifa edib.
İfası münsiflər heyətini təsirləndirib. Mahnı səslənən zamanı isə monitorlarda Azərbaycan bayrağı nümayiş olunub. İfadan sonra aparıcı ifaçıya təşəkkürünü bildirib.
Qeyd edək ki, müsbət fikirlərə baxmayaraq Ceren Ayça Sevim növbəti mərhələyə vəsiqə qazana bilməyib.