Hakimin çıxardığı qərarda pozuntular aşkarlandı: Nazirlik işə qarışdı - FOTO

 

Bir müddət əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə keçmiş kürəkəni Sadiq Poluzadə arasında məhkəmə çəkişməsinin detalları məlum olub.

“Demokratikmusavat.com” xəbər verir ki, həmin vaxt S.Poluzadə Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin işə qərəzli baxdığını, M.Mikayılovun təzyiqi ilə onun əleyhinə qərar çıxardığını iddia etmişdi.

Şikayət ictimailəşdikdən sonra məsələ araşdırılıb, hakim Şəhriyar Əliyevin çıxardığı qərarda pozuntular aşkar edilib. S.Poluzadənin anası Hicran Poluzadə  saytımıza bildirib ki, oğlunun müraciəti ictimailəşdirildikdən sonra hakimin davranışları ilə bağlı rəsmi şəkildə Ədliyyə Nazirliyinə də müraciət ediblər:

“Ədliyyə Nazirliyindən cavab olaraq bildirildi ki, hakim Şəhriyar Əliyevin fəaliyyəti ilə bağlı araşdırma aparılıb. Göstərilən mülki iş üzrə sədrlik edən hakim tərəfindən bir sıra prosessual pozuntulara yol verildiyi aşkarlanıb. Nazirlik rəsmi məktub göndərərək qeyd etdi ki, həmin hakim barəsində zəruri tədbirlər görülür”.

 

Hicran Poluzadə hakim Şəhriyar Əliyevin çıxardığı qərardan apellyasiya şikayəti verdiklərini, işə Bakı Apellyasiya Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə baxıldığını da bildirib.

Qeyd edək ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisi Mayıl Məmmədovun qızı ilə onun keçmiş kürəkəni Sadiq Poluzadə boşansa da, aralarında mülkiyyətə görə məhkəmə çəkişməsi gedir. M.Məmmədovun qızı ona 64 min manat dəyərində qızıl-zinət əşyalarının çatmalı olduğunu iddia edir.

0.15337610244751