Moskva idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin belə mövqeyini yüksək qiymətləndirir.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir, bunu bölüşürük. Biz dəfələrlə bildirmişik ki, idmanın siyasiləşdirilməsi yolverilməzdir”, - Peskov qeyd edib.
Bundan əvvəl Qoşulmama Hərəkatı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə bəyannamə qəbul edib və orada təşkilat üzvlərinin 2024-cü ildə Parisdə siyasi baxımdan neytral Olimpiya və Paralimpiya Oyunlarını gözlədikləri bildirilir. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bu qətnamənin qəbulu təşəbbüsünə görə Əliyevə minnətdarlığını bildirib. BOK-un mətbuat xidməti vurğulayıb ki, bəyannamənin tezisləri Rusiya və Belarus idmançıları komitəsinin beynəlxalq yarışlarda iştirakla bağlı tövsiyələrinə tam uyğundur.