Gəncə şəhərində ər və arvadın bıçaq xəsarəti aldığı hadisənin bəzi təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, 1989-cu il təvəllüdlü Ramin Rafiq oğlu İmanov bir müddət öncə boşandığı 1988-ci il təvəllüdlü Şəhla Bayramovla 10 gün əvvəl yenidən barışıb.
Tərəflər arasında yaranmış mübahisə zamanı qadın 10-dan çox bıçaq xəsarəti alıb.
R.İmanov isə döş qəfəsindən bıçaq xəsarəti alıb və hər ikisi xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, cütlüyün 3 övladı var.
Faktla bağlı araşdırma davam etdirilir.