Şəki Ağır Cinayətlər Məhkəmsində qətl törətməkdə təqsirləndirilən Afət Abdullayev və Təbriz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokratikmusavat.com xəbər verir ki, hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
İş üzrə növbəti məhkəmə baxış iclası avqustun 16-na təyin olunub.
Qeyd edək ki, fevralın 13-ü 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Amin Əsədovun çoxsaylı bıçaq xəsarətləri ilə gətirildiyi rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı zərərçəkmiş şəxsin atası 1984-cü il təvəllüdlü Ramil Əsədovun da bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması müəyyən edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən rayon sakinləri — 1985-ci il təvəllüdlü Afət Abdullayev və onun oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayev saxlanılaraq istintaqa təhvil verilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.