Arvadını balta ilə qətlə yetirməkdə təqsirləndirilən kişinin məhkəməsi başlayıb

 

Gəncə Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Elməddin Abdullayevin cinayət işi məhkəmə baxış iclası keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

İş üzrə növbəti məhkəmə baxış iclası iyulun 27-nə təyin olunub.

Qeyd edək ki, Goranboy rayonunun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun ölümünə səbəb olmaqda şübhəli bilinən həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayev saxlanılıb. 

E.Abduallayeva qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

0.15197396278381