Bakıda ərzağın dəyəri 11%-ə yaxın artıb

 

2023-cü ilin yanvar-may aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 12010,3 milyon manat olub.

Demokratikmusavat.com xəbər verir ki, bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,2% çoxdur.

Məlumata əsasən, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 6 566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2% azalaraq 5443,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37%-i hüquqi şəxs statuslu müəssisələrdə, 40,4%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

0.23227906227112