Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndirilən Eldar Dadaşova hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən il noyabrın 13-də Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü E.Dadaşov şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı, 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşovanı ov tüfəngi ilə atəş açaraq onları qəsdən öldürmələrinə cəhd edib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
E.Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.