Stalini həbsdən qaçıran, Azərbaycan qadını - "Qaçaq Gülsüm" haqqında...

 

Maraqlı məlumatlar.
Stalini həbsdən qaçıran, Azərbaycan qadını
"Qaçaq Gülsüm"haqqında... Oxuyaq.

Gülsümün həyat hekayəsi ilə tanış olun.

Uzun illər "Qaçaq Süleyman" adı ilə tanınan kişi paltarlı "Qaçaq Gülsüm" 1863-cü ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızı idi. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı.

Gülsümün həyatı iki ildən çox vergi vermədiklərinə görə pristavın və kəndxudanın evlərinə gələrək ailəsinin qarşısında atasını təhqir etməsi ilə dəyişir. Pristavın qaynar samovarı atası Əmirqulu kişinin kürəyinə sarıyıb zülm etmələrinə dözə bilməyən Gülsüm pəncərədən pristavı, daha sonra isə qaçmaq istəyən kəndxudanı güllələyir.

Başına gələcəkləri yaxşı bilən Gülsüm qardaşlarının qabağa düşüb asılmasına mane olmaq üçün onlardan birinin paltarını geyinib evdən qaçır və meşədə gizlənir. Daha sonra xəbər göndərir ki, pristiav və kəndxudanı o vurub.

O zamanlar qaçaqlıq edən Kərbəlayı Əsgər, Məşədi Yolçu və Bayramqulu bu hadisəni eşidib, qızın ardınca meşəyə gəlirlər. Meşədə kişi paltarında birini görüb adını soruşurlar. “Adım Süleymandı” deyib onları inandırır.

Gülsüm daha sonra Qaçaq Kərəmin dəstəsinə qoşulur.

1902-ci ildə Qaçaq Kərəm Gülsümə xüsusi bir tapşırıq verir. Belə ki, Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərilir. Kərəm Gülsümə bildirir ki, gürcü dostlarının xahişi var ki, qatarda siyasi bir dustaq var və o, mütləq xilas edilməlidir.

Gülsüm əməliyyatı uğurla başa vurur və dustağı azad edərək pulları ələ keçirir. Qatardakı siyasi dustaq Soso Cuqaşvili (İosif Stalin) idi və o Gülsümün dəstəsinə qoşulur.

Soso (Stalin) 7 ay Gülüsümün dəstəsində qalır və onun əmri ilə xeyli əməliyyatlarda iştirak edir. Soso, hətta Qaçaq Gülsümlə birgə Metex qalasından xeyli qaçaq azad edir.

Qaçaq Gülsümü digər qaçaqlardan seçən tək xüsusiyyəti onun qadın olması deyil, həm də ölkəsinin rus işğalı altında olması ilə barışmaması idi.

Gülsümün qadın olduğunu sirrini cəmi üç nəfər bilib - Qaçaq Kərəm, Əskiparalı Qaçaq Usub və Soso Cuqaşvili, yəni Stalin. Qaçaq Kərəmin göstərişi ilə Gülsüm Türkiyəyə yola düşür. Bir müddət Bitlisdə yaşadıqdan sonra Rusiyada çevrilişin olması və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi səbəbi ilə Gülsüm doğma yurduna qayıdır.

Öz kəndinə qayıdan Gülsüm burada İsmayıl adlı bir kişi ilə ailə qurur. Onların altı oğlu, iki qızları olur.

SSRİ dövründə ilk zamanlar Gülsümə toxunmurlar. Lakin ermənilər Gülsümə göz verib, işıq vermirlər. Nəhayət, 4 erməni polisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə əlinə silah alan Gülsüm polislərin dördünü də yerindəcə güllələyir.

Hadisəyə görə, onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər dövrün Azərbaycan SSRİ rəhbəri Mircəfər Bağırova çatır. O, şəxsən Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, lakin mütləq rəhbərə xəbər göndərilməsini istəyir, deyir ki, onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Daha sonra Stalin əlavə edir ki, Gülsüm onun ən yaxın dostudur.

Bu qərarla barışmaq istəməyən Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, ümumilikdə 300-dən çox erməni öldürüb. Stalin cavab verir ki, çətin günlərdə 7 ay bu qadının himayəsində olub. Belə dost bütün hər şeydən (300 ermənidən də) dəyərlidir.

Deyilənə görə, Gülsüm 98-il ömür sürüb və 1961- ci ildə vəfat edib. Onun məzarı Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.

Elçin Həsənzadə

"Demokratikmusavat.com"

0.15702199935913