Özündən 20 yaş böyük sevgilisini boğub öldürdü - Təfərrüat - FOTO

 

Bakıda qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə təqsirli bilinən Paşa Cəbrayılovun cinayət işi üzrə təfrrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi 7/8 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimova Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılov tərəfindən qətlə yetirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Paşa Cəbrayılov saxlanılıb.

O, istintaqa verdiyi ifadəsində göstərib ki, Zülfiyyə Rəhimova ilə 2012-ci ildə tanış olub. Beş ilə yaxın birgə yaşayıblar. Rəhimova ondan yaşca böyük olub. Evin kirayə haqqını o ödəyib. Ara-bir rusiyaya gedib atasının yanında işləyib. Oradan Zülfiyyəyə xərclik pulu göndərib. 

Fevarlın 7-də yol maşını ilə Sabirabad rayonundan Bakıya Rəhimovanın yaşadığı evin həyətinə gəldik də, mətbəx pəncərəsindən qadının bir nəfərlə söhbət etdiyini görüb. Pəncərəyə yaxınlaşanda kişi qaçıb. Cəbrayılov onu təqib etsə də, tuta bilməyib. 

Səhər Zülfiyyənin evində olarkən aralarında mübahisə yaranıb. Təhqirlərə dözməyən Paşa onun boğazını tutub sıxıb. Özünə gəldikdə qadını buraxıb və o, döşəməyə yıxılıb. 
Qadını qətlə yetirdiyini anladıqda hətta kağız parçasında onuda Zülfiyyə ilə dəfn etməsini yazıb. Lakin intihar etmək istəsə də, özünü öldürə bilməyib. 

Paşa Cəbarayılov ifadəsinin davamında bildirib ki, hadisəni törətdikdən sonra evdən çıxıb yaşadığı Sabirabad rayonuna gedib. Atası polislərin onu axtardığını bildirib. Buna görə RPŞ-nə könüllü gələrək təslim olub.

Məhkəmə prosesində paşa Cəbarayılov ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib.

Zərərçəkmiş Ceyhunə Rəhimova deyib ki, hadisənin necə baş verdiyini görməyib. Bacısının qızı hazırda onun himayısindədi. Məhkəmədən təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş edib.

Sonda məhəkəmnin hökmü ilə Paşa Cəbrayılov CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

0.13524603843689