Masallıda əmilərini döyüb öldürən qardaşlar yenidən hakim qarşısında

 

Masallı rayonunda əmilərini döyüb öldürməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərov məhkəməyə apellyasiya şikayəti veriblər. 

Demokratikmusavat.com xəbər verir ki, onların şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.
Hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

0.14155602455139