Rusiya Federasiyası Mərkəzi Bankı dolların rəsmi məzənnəsini 24 qəpik, avronun rəsmi məzənnəsini isə 27 qəpik bahalaşdırıb.
Demokratikmusavat.com xəbər verir ki, Amerika valyutası 84,23 rubla yüksəlib, Avropa valyutasının dəyəri isə 2022-ci ilin aprelindən bəri ilk dəfə 92 rublu ötərək 92,07 rubl təşkil edib.
Dolların və avronun dəyəri 2022-ci ilin fevral ayının sonu və martın birinci yarısında artıb. Fevralın 22-də Amerika valyutasının rəsmi məzənnəsi 76 rubl 76 qəpik olub, martın 2-də isə 1998-ci il nominalından sonra ilk dəfə olaraq 100 rublu ötüb. Avronun məzənnəsi ilk dəfə fevralın 28-də yüz rubl həddini keçib. Martın 11-də 1 avro 132 rubl 95 qəpik, 1 dollar isə 120 rubl 60 qəpik olub.