19 il əvvəl qadını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

 

19 il əvvəl qadını öldürməkdə təqsirləndirilən Dursun Nəbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokratikmusavat.com xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

    Qeyd edək ki, Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü Dursun Nəbiyevin hazırda şəxsiyyəti istintaqa məlum olmayan qadını 2004-cü ildə Ağstafa rayonu, Poylu kəndi ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsi və meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib. Aşkar edilmiş naməlum qadın meyiti ilə bağlı zəruri ekspertizalar təyin olunub.

    Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Dursun Nəbiyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

    0.16056203842163