ABŞ Aviasiya və Kosmik Agentliyi (NASA) və Sovet İttifaqının kosmik missiyalarında indiyədək 21 nəfərin öldüyü bildirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NASA-nın Təhlükəsizliyi və Uçuş Təhlükəsizliyi Direktorunun müavini Naycel Pakham jurnalistlərə açıqlaması zamanı bildirib.
Həmçinin, Vaşinqton Universitetinin professoru Cim Hermanson 3 NASA və 2 Sovet İttifaqı kosmos missiyası da daxil olmaqla 5 missiyada ölümlərin olduğunu vurğulayıb.
Bildirilib ki, NASA-nın kosmosa göndərdiyi uçuşlar zamanı iki ölümlə nəticələnən qəza baş verib və ilk qəza 1986-cı ilin yanvarında “Space Shuttle Challenger”in havaya qalxmasından 73 saniyə sonra partlaması nəticəsində baş verib.
Qəzada həyatını itirən 7 nəfərlik heyətdə kosmanavtlardan başqa Nyu-Hempşir ştatından olan müəllim Krista Makaulifin də olub. NASA-nın kosmosda müəllim layihəsi çərçivəsində Makaulifinin komandaya daxil edildiyi qeyd edilib.
Bildirilib ki, qəza Kanaveral burnunda yaşanan soyuq hava səbəbindən baş verib.