Binəqədi rayonunda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mirzağa Məmmədovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
Demokratikmusavat.com xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən “Köhnə Bakı” kafesində baş verib. Orada ofisiant işləyən Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Qədirlini bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin gecə 40-cı polis bölməsi əməkdaşları tərəfindən Mirzağa Məmmədov şübhəli şəxs qismində saxlanılıb.
İş üzrə dindirilmiş Mirzağa Məmmədov ifadəsində bildirib ki, dostu Ruhin Nəhmətov kafeni icarayə götürüb nəzarəti ona həvalə edib. O da kafedə həm nəzarətçi, həm də ofsiant kimi çalışıb:
" Hadisə baş verən günü ofisiant qız işə gəlməmişdi mən axşam tərəfi kafeyə gəldim. Bir az sonra Çingizgil gəlib oturdular. Məndə onların stoluna yaxınlaşıb hal-əhval soruşdum. Mətbəxdən qayıdanda əlimdəki "kəpənək" bıçaqı fırlada-fırlada onların yanına gəldim. Onlarda mənə dedilər ki, bıçaqla zarataf eləmə, əlindən xəta çıxar".
Mirzağa Məmmədov daha sonra bildirib ki, tanışlarının etirazına baxmayaraq o bıçaqı açıb-bağlamaqda davam edib. Bıçaqı Çingizə tərəf uzadanda iti hissəsi tanışına dəyib. Qədirli ayaqa qalxıb nə etdiyini soruşduqda bilib ki, bıçaq onun sinəsinə batıb:
"Çingiz köynəyini qaldıranda gördük qan gəlir. Mən tez marketə gedib araq aldım. Gəlib su ilə, sonrada araqla yarasını yuduq. Xəstəxanaya gedəndə valideyinlərinə zarafat edərkən bıçaqın təsadüfən Çingizə batdığını dedim",
Xəstəxanada gösrətərilən tibbi yardımlara baxmayaraq Çıngiz Qədrili orada dünyasını dəyişib.
Zərərçəkmiş Zaur Nəcəfov Çingiz Qədirlinin xalası oğlu Murad İsmayılovun vasitəsi ilə tanıdığını bildirib.
Dekabrın 20-si saat 19:00 radələrində Murad və onun sinif yoldaşı Rəşadla birlikdə "Köhnə Bakı" kafesinə gediblər. Onalrın ardınca ora Zahir adlı dostları və obyektin ofisiantı Mirzağa gəlib. Souncu gəldikdən sonra mətbəxə keçib. Təxminən 20 dəqiqədən sonra Çingizdə gəlib onların yanında əyləşib. Mətbəxdən çıxan Mirzağa bıçağı əlində fırlada-fırlada kafenin içində gəzişib. Əvvəl sobanın yanıdan dayana Ayxan Novruzzadə ilə zarafat edib. Ayxan bu hərəkətinə görə Mirzağaya əsəbləşərək yanından kənara çəkilib. Lakin Məmmədov bununla kifayətlənməyərək daha sonra onların yanına gəlib və qəfildən bıçağın küpü ilə onun sağ qoluna vurub. Zaur və digərləridə Mirzağadan belə zarafat etməməsini xahiş ediblər. Rəşadla söhbət etdiyindən Mirağanın Çingizi necə vurduğunu görməyib. O, yalnız Qədirlinin qəfil ayağa qalxdığını və sinəsindən qan gəldiyini görüb.
Zərərçəkmişin sözlərinə görə Çingizin irad bildirməsi ilə Mirzağanın onu vurması demək olar ki, eyni vaxtda baş verib.
Məhkəmə prosesi zamanı Mirzağa Məmmədov tanışına xəsarət yetirmək və onu öldürmək məqsədi olmadığını, əməlindən peşman olduğunu bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin qanun çərçivəsində cəzalandırılmasını xahiş edib.
Məhkəmə hesab edib ki, Məmmədov Qədirlini qəsdən öldürmək və ya ona bədən xəsarəti yetirmək niyyətində olmayıb. Çünki ölüm hadisəsi ehtiyatsızlıqdan baş verib.
Məhkəmə M.Məmmədovun əməlini 124.1( ehtiyatsızlıqdan adam öldürmə) və 221.3 ( xuliqanlıq silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə tövsif edilməsini əsaslı sayıb.
Sonda məhkəmənin hökmü ilə Mirzağa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi apellayasiya şikayətləri , dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və Məmmədovun üzərində qəti olaraq 15 il cəza saxlanılıb.