Baş Nazirin sabiq müavini Abid Şərifovun nəvəsi yeni şirkət yaradıb.
“Demokratikmusavat.com ”ın məlumatına görə, “Spark Motors” MMC 2023-cü il aprelin 26-da dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mahmudov Nicat Məmməd oğludur.
Mətbuatda N. Mahmudovun 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məhəmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi olduğu qeyd olunur.
“Spark Motors” MMC 10 manat nizamnamə kapitalı ilə AZ1010, Bakı şəhəri Səbail rayonu, Badamdar ştq, Xəqani ev.26/31 m.41 ünvanında qeydiyyata alınıb.
Könül
Demokratikmusavat.com