Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - VİDEO

 

Türkiyə pop musiqisinin kraliçası Sezen Aksunun 1982-ci ildə səsləndirdiyi “Firuze” mahnısı illər sonra meqastar Tarkanın ifasında eşidilib. Hər kəs “Firuze”nin həsrət dolu bir sevgi hekayəsi olduğunu düşünür, o gözəl Firuzeyə olan böyük sevgini qısqanır. Halbuki mahnı bir ananın öz qızına ithaf etdiyi əsərdir.

Lent.az “Belə yaranıb” rubrikasında  “Firuze” mahnısının tarixçəsindən bəhs edib.

Bu mahnının sözlərinin və musiqisinin müəllifi ssenarist, bəstəkar, şair və aktrisa Aysel Güreldir. O, əsəri yazıb və Sezen Aksuya təqdim edib. Türkiyədə sənət aləmində “Dəli Aysel” adıyla tanınan Aysel Gürel çox üsyançı, modern düşüncəli bir qadın olub. O mahnını qızı, aktrisa Müjde Ara həsr edib. Bunun isə maraqlı səbəbi olub.

Müjde Ar zahirən çox gözəl, bir o qədər də cəsur bir qadın olaraq türk kinosunda açıq- saçıq səhnələri oynamaqdan çəkinməyən, qadınlara qarşı seksual təcavüzləri tez-tez dilə gətirən bir sənətkardır. O illər boyu qadın haqlarını müdafiə edib, ən cəsur rollarda çəkilib. Lakin özü qadın xoşbəxtliyini tapa bilməyib. Aysel Gürel hər nə qədər qızının sənətinə heyran olsa da, taleyindən narahat olub. Müjdenin gözəlliyini ilk bahar yaşıllığına bənzədir, gözəl qızının öz həyatından çox qurbanlar verdiyini düşünərək yazıb:


Kıskanır rengini baharda yeşiller

Sevda büyüsü gibisin sen Firuze
Sen nazlı bir çiçek, bir orman kuytusu

Üzüm buğusu gibisin sen Firuze

Duru bir su gibi, bazen volkan gibi

Bazen bir deli rüzgar gibi

Gözlerinde telaş, yıllar sence yavaş

Acelen ne bekle, Firuze

0.14417195320129