Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı bu dəfə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri postunda uzun illərdir ki, heç bir dəyişikliyin baş verməməsinə diqqət çəkib. Hüquq müdafiəçisi haqlı olaraq bu faktı etirazla qarşılayıb.
"Niyə, hansı əsasla, Səttar müəllim?", - deyə etiraz edən hüquq-müdafiəçisi daha sonra belə bir sualla xitab edib: "Seçkili orqanda bu nətəri olur axı?"
Doğrudan da guya Azərbaycanda həmkarlar azad təşkilatdir, əməkçilərin hüquqlarıni müdafiə edir. Əslində isə Azərbaycanda həmkarlar təşkilatı işəgöturənlərlə - işverənlerlə həmkarlıq edir. İşçinin hüquqlarıni işverən pozanda isə bu təşkilata lal və kar olur. Ona görə də bu təşkilata "həmkarlar" adı daha çox yaraşir. Çünki əməkçilərin hüquqları pozulanda bu təşkilat nə eşidə bilir, nə də danışa...
Qeyd edək ki, Möhbalıyev Səttar Suliddin oğlu 1993-cü ilin 6 fevral tarixindən (30 il) Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmiş (oxu: təyin edilmiş) və bu günə kimi bu vəzifədə çalışır.
2010-cu ildən isə (13 il) həm də Təhsil İşçiləri Azad HİRK-nin sədridir...