2022-ci ildə “Bakı Metropoliteni” QSC-yə ayrılan subsidiya məbləği açıqlanıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.
Sənədə əsasən, ötən il nəqliyyat və rabitə xərclərindən “Bakı Metropoliteni” QSC-də sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 51,9 milyon manat ayrılıb.