Borrell: Ukraynalı pilotların F-16-da təlimi başlayıb

 

Artıq bir neçə ölkədə, xüsusən də Polşada dördüncü nəsil F-16 döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotların təliminə başlanılıb. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Aİ Şurasının müdafiə nazirlərinin toplantısı ərəfəsində deyib.  

“Mən şadam ki, nəhayət bir neçə ölkədə F-16 pilotlarının təlimləri başlayıb. Bu, vaxt aparacaq, lakin nə qədər tez bir o qədər yaxşıdır”, - Borrell deyib. 

Aİ-nin ali nümayəndəsi əlavə edib ki, Ukraynanı F-16 qırıcıları ilə təmin etmək üçün qapı açıqdır. 

Mürtəza
Demokratikmusavat.com

0.17206597328186