Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

 

Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadənin cinayət işi üzrə məhkəməsi başlayıb.

Demokratikmusavat.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmə baxış iclası avqustun 24-də təyin olunub.

Qeyd edək ki, hadisə bu il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıcaqlayaraq qətlə yetirib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediib.

0.12932014465332