Cəlilabad rayonunda qətl törətməkdə təqsirləndirilən Ələkbərli Əli Fazil oğlu və Ağamalızadə Altay Alxas oğlu barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Demokratikmusavat.com xəbər verir ki, onların şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılacaq
Məhkəmə baxış iclası mayın 17-nə təyin olunub.
Qeyd edək ki, Cəlilabad rayon sakinləri - Ələkbərli Əli Fazil oğlu və Ağamalızadə Altay Alxas oğlu 2019-cu ilin yanvar ayının 25-də rayonun Göytəpə şəhər sakini, 1993-cü il təvəllüdlü Sahib Muradovu qətlə yetirməkdə ittiham olunurlar. Yuxarıda göstərilən tarixdə S.Muradovu çoxsaylı zərbələrlə bıçaqla qətlə yetirən Ə.Ələkbərli sonradan meyiti doğrayaraq taksi sürücüsü A.Ağamalızadənin köməyi ilə onun fraqmentlərini bir neçə rayonda basdırıb.
Ələkbərli Əli Fazil oğlunun barəsində Cinayət Məcəlləsinin 120.2.4, 177.2.1, 177.2.3 və 234.1-ci, Ağamalızadə Altay Alxas oğlu barəsində isə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 307.3-cü maddələri ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil Ələkbərli 18 il 11 ay 27 gün, digəri isə 9 il 6 ay azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib.