Masallı rayonunda ravadını qətlə yetirməkdə təqsirli bilinən Ariz Ağayev Ali Məhkəməyə şikayət edib.
Demokratikmusavat.com xəbər verir ki, onun şikayətinə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.
İş üzrə məhəkəm baxış iclası iyunun 20-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2021-ci il avqustun 28-də Masallı rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Ariz Ağayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Elza Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qətlə yetirib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.