İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ötən il 74,196 mln manat gəlir əldə edib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu, 2021-ci ilin yekunu ilə müqayisədə 22,8% azdır.
Gəlirlərin 62,560 mln manatını qeyri-birja əməliyyatlarından gəlirlər, 11,503 mln manatını birja əməliyyatlarından gəlirlər, 134 min manatını sair əməliyyat gəlirləri təşkil edib.
Dövlət xidmətinin ötən il üzrə xərcləri isə 65,032 mln manat təşkil edib ki, bu da illik müqayisədə 7,2% azalma deməkdir.
Xərclərin 22,228 mln manatını əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları, 3,916 mln manatını, sərf edilmiş materialların dəyəri, 2,603 mln manatını amortizasiya xərcləri, 36,284 mln manatını isə sair əməliyyat xərcləri təşkil edib.
Nəticədə, Əmlak Məsələləri Dövlət Xidməti ötən ili 9,164 mln manat mənfəətlə başa vurub. Bu isə 2021-ci il ilə müqayisədə 2,8 azdır.
Könül
Demokratikmusavat.com