Bakıda əmisini öldürməkdə təqsirli bilinən Şahin Qədeşovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Demokratikmusavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Şahin Qədeşov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Xəzər rayonunun Buzova qəsəbəsində qeydə alınıb.
İttihamda deyilir ki, 33 yaşlı Şahin Qedeşov mübahisə zəminində əmisi Valeh Qədəşovu qətlə yetirib.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.
Şahin Qədeşova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.