“Gəmiqaya Holdinq”ə bağlı “Gəmiqaya İnşaat” MMC-nin tərkibindən 10 şirkət ayrılır.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu şirkətlər “Bərəkət Bazarlama-Anbar”, “Avto GL”, “Reges Əmlak”, “Badamlı Zavod-Anbar”, “Home Office-1”, “Home Office-2”, “Home Office-3”, “Home Office-4”, “Home Office-5” və “Home Office-6” MMC-lərdir.
Bununla da “Gəmiqaya İnşaat” MMC yenidən təşkil olunur.
Qeyd edək ki, bir müddətdir “Gəmiqaya Holdinq”ə bağlı bir sıra şirkətlərdə ayrılmalar və parçalanmalar gerçəkləşir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub.
Könül
Demokratikmusavat.com