Arvadını və qızını bıçaqlamaqda təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

 

Bakıda arvadını və qızını bıçaqlamaqda təqsirli bilinən Aqil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokratikmusavat.com xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası mayın 11-nə təyin olunub.

Qeyd edək ki, hadisə Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib.

Ər arvadını bıçaqlayan zaman atası ilə anasının davasının qarşısını almağa çalışan 2003-cü il təvəllüdlü Məmmədova Gülmira Aqil qızı da sol əlindən bıçaqlanıb.

 

0.16901707649231