Bakı sakini qonşusunu baltalayıb.
Demokratikmusavat.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
1975-ci il təvəllüdlü Zəmanət Nəsir oğlu İsmayılov qonşusu 1977-ci il təvəllüdlü, Namiq Mövsüm oğlu Məmmədzadə ilə telefonla danışarkən mübahisə yaranıb. Danışıq zamanı N. Məmmədzadə telefonda Z. İsmayılovu söyüb. Z. İsmayılov Məhəmmədi qəsəbəsi, Ə.Əliyev küçəsinə gələrək balta ilə Namiq Məmmədzadənin baş nahiyəsindən bir neçə zərbə vurub, ona alının sol nahiyəsinin, sol qulağın, qulaq seyvanının və sol gicgah nahiyəsinin kəsilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirib.
Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.