Vaşinqtonda sülh sazişinin mətni ilə bağlı danışıqlar aparılır - Erməni deputat

 

Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar gedir və onlar tamamlanana qədər nəticələrdən danışmaq tezdir. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Sarqis Xandanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın vəzifəsi regionda hərtərəfli sülhə nail olmaq, Azərbaycanla münasibətləri tənzimləmək, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin məqsədyönlü şəkildə təmin edilməsini təmin etməkdir.

Xandanyan bütün bu mövzuların danışıqlar masasında olduğu qeyd edib.

“Aydınlaşdırmağa ehtiyacı olan hüquqi ifadələr var. Sənəd siyasi müzakirələrin nəticəsidir. Ona görə də son imzalanma mərhələsinə gələnədək ekspertlər beynəlxalq hüquq müstəvisində mətn üzərində işləməlidirlər. Sülh sazişinin etibarlı olması üçün buna təminat verən mexanizmlər lazımdır”, - deyə deputat qeyd edib.

Xandanyan izah edib ki, bu mexanizmlər, məsələn, beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə tərəflər arasında razılaşdırılmalıdır.

Mürtəza
Demokratikmusavat.com

0.12633395195007