Məhkəmə ekspertlərinin reyestrinin aparılması qaydaları təsdiqlənib

 

Məhkəmə ekspertlərinin reyestrinin aparılması qaydaları təsdiqlənib.

Demokratikmusavat.com -ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

Bu Qaydaların məqsədi məhkəmə ekspertlərinin siyahısının müəyyən edilməsi və onlar barədə məlumatların əldə olunmasının təmin edilməsidir. Fərdi məlumatların Məhkəmə Ekspertlərinin Reyestrində toplanılması və işlənilməsi “Fərdi məlumatlar haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Reyestr Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılan, aparılan, idarə olunan məlumat bazasıdır. Məhkəmə eksperti barədə bu Qaydalarda qeyd edilmiş məlumatlar məhkəmə eksperti şəhadətnaməsini verən dövlət orqanının rəhbərinin və ya onun müavininin imzaladığı müşayiət məktubu ilə onları təsdiq edən sənədlər əlavə edilməklə Reyestrə təqdim olunur. Təqdim edilmiş məlumatlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində çatışmazlıqların olub-olmaması baxımından yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə dərhal Reyestrə daxil edilir. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar aşkar edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda, bu barədə dövlət orqanına müraciətin daxil olduğu gündən 3 (üç) iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar dövlət orqanı tərəfindən bildiriş alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

Çatışmazlıqlar dövlət orqanı tərəfindən bu Qaydaların 2.4- cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Reyestrə daxil edilmək üçün təqdim olunmuş sənədlər müvafiq məktubla geri qaytarılır.

Reyestr üç bölmədən ibarətdir:

- məhkəmə ekspertizası idarələrinin ekspertləri;

- özəl məhkəmə ekspertləri;

- məhkəmə eksperti şəhadətnaməsi ləğv edilmiş şəxslər.

0.1242241859436