Evliliyin boşanmağa doğru getdiyini göstərən əlamətlər

 

Evlilikləri normal şəkildə idarə etmək düşünülən qədər asan deyil. Bəzi əlamətlər var ki, onlar evliliyin tamamilə bitdiyini göstərir.

Bakupost.az həmin 4 əlaməti təqdim edir.

1. Tənqid - Buna "zəhərli" tənqid deyə bilərik. Konkret davranış və ya hərəkətlərdənsə, partnyorun xarakterinə hücum etməkdir. Bu cütlük arasındakı emosional bağlılığı poza və boşanma ehtimalını artıra bilər.

2. Müdafiə - Partnyorlar müdafiəyə keçdikləri zaman münaqişə daha da böyüyə və münasibətin pozulmasına gətirib çıxara bilər. Müdafiə etdikdə hər şeyi bəhanə edib dediklərinizdən peşman ola bilərsiniz. Öz davranışlarınızın məsulliyyətini qəbul etsəniz, daha yaxşı olar.

3. Məsafə saxlamaq - Bu münaqişə zamanı ünsiyyətdən qaçmaq və ya özünə qapanmaqdır. Həmçinin, partnyorların problemlərini həll etməsini çətinləşdirir, boşanma riskini artırır. Hər iki tərəfin mübahisəni azaltmasını və qarşısındakının nə zaman sıxıldığını anlamalıdır.

4. Alçaltma - Alçaltma əlamətlərinə ah çəkmək, göz süzdürmək, partnyorunuza rişxənd etmək və ya onun dəyər verdiyi şeyləri önəmsəməmək daxildir. Bu ən təhlükəli əlamətlərdən biridir. Həll edilməsə, illər keçdikcə inciklik böyüyə, boşanmaya səbəb ola bilər.

0.19851016998291