Sex sahibi ilə “Azərsu” əməkdaşları arasında gərginlik - VİDEO

 

Azərsu ASC Bakının Sabunçu rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edib.

Qurumdan Demokratikmusavat.com a verilən məlumata görə, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən daş sexi və kafenin sahibləri texniki şərt almadan şəbəkəyə özbaşına müdaxilə edərək qeyri-qanuni xətt çəkib. Daş sexinin sahibi əməkdaşların qanuni tələblərinə məhəl qoymayaraq çəkilişə mane olub.

Həyata keçirilən nəzarət tədbirləri zamanı Zabrat dairəsində fəaliyyət göstərən dərzi, bərbər, ət kəsimi, avtoyuma, telefon satışı məntəqəsində, Maştağa-Zabrat yolunda yerləşən dekorativ ağacların satışı və kafe kimi fəaliyyət göstərən obyektlərin, Savalan yaşayış massivində vasitəçilər tərəfindən tikilən fərdi evlərin də sudan qeyri-qanuni istifadə etdikləri aşkarlanıb.

Nəzarət tədbirləri zamanı aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. 

 

0.24706888198853