Fransızlardan Xankəndini xəritədə göstərmədi - FOTO 

 

Qətər dövlətinə məxsus “Qatar Airways” aviaşirkəti Cənubi Qafqaz üzərində uçuşlar zamanı təyyarənin biznes-klass hissəsində ekranlarda Qarabağın 3D xəritəsini göstərib. 

Demokratikmusavat.com xəbər verir ki, bu xəritədə yalnız üç şəhər – Azərbaycanın Şuşası, Azərbaycanın rayon mərkəzləri Ağdam və Füzuli yer alıb. Şuşa yaxınlığında yerləşən və müvəqqəti olaraq erməni separatizminin qalası olan Xankəndi şəhəri xəritədə nə Azərbaycan transkripsiyasında, nə də erməni transkripsiyasında qeyd olunmayıb.

Məlumat üçün bildirək ki, "Qatar Airways" üçün 3D xəritələrin tədarükçüsü Fransanın "Thales Group" şirkətidir.

0.1196620464325