“Pomidor-xiyarın qiymətini xeyli aşağı salmaq mümkündür, lakin...” - Ekspert

 
"Hazırda Azərbaycanda pomidorun qiyməti kəskin bahadır”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov pomidorun qiymətindən danışarkən deyib. O bildirib ki, buna səbəb bazardakı qiyməti monopolistlərin diqtə etməsidir:
 
"Xiyarın qiymətinin nisbi aşağı düşməsi bizi aldatmasın. Digər ölkələrdə bizim manatla xiyar 35-40 qəpikdir. Amma bizdə hələ xiyarın kilosu bir manatdan aşağı düşməyib. Türkiyədə pomidorun qiyməti Azərbaycan pulu ilə 1,5-1,7 manat arasındadır. Azərbaycanda isə bir kilosu 3,5-4 manat arasındadır”. 
 
Ekspert hesab edir ki, bunun üçün öncə monopoliya aradan qaldırılmalıdır:
 
"İnhisar olmasa, qiymətlər də aşağı olardı. Artıq bazar və istehsal onların əlinə keçib. Məhsulu bazara onlar çıxarır, qiyməti diqtə edirlər. Bazarlarda rəqabət mühiti olsa, pomidorun bir kilosunun qiyməti 1,5 manat, xiyarın qiyməti isə 35-40 qəpik olar. Bir müddətdən sonra isə pomidorun bir kilosunun qiyməti 30, xiyarın isə bir kilosunun qiyməti 20 qəpik olardı. Amma onlar buna heç vaxt imkan verməz”. 
0.17205810546875