“Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı əsassız təhriflərə yol verməklə siyasi qazanc əldə etməyə çalışırlar. Həmd olsun ki, prezidentimiz son dərəcə güclü və son dərəcə sağlam bir şəkildə vəzifəsi başındadır”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyənin Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
Adnan Menderes Konqres Mərkəzində keçirilən toplantıda çıxış edən Fəxrəddin Altun prezident Ərdoğanın səhhəti ilə bağlı məsələyə toxunaraq deyib ki, bir çoxları sistemli yalanlar və dezinformasiya yaymaqla məşğuldurlar. “Prezidentin səhhəti normaldır və vəzifəsini icra edir. Allahın izni ilə o, bu ölkəni uzun müddət idarə etməyə davam edəcək”, - o qeyd edib.
Altun onu da əlavə edib ki, türk milləti öz liderinin, tükənməz şövqlə çalışan prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yanındadır: “Nə edirlərsə etsinlər, millətimiz prezidentimizi və AK Partiyamızı bir daha zəfərə götürəcək. Çünki millətimiz 14 may seçkilərinin tarixi seçki olduğunu yaxşı bilir”.
Şahnaz