Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
Surəti: Ölkənin media orqanlarının rəhbərlərinə
Tovuz rayonu, Vahidli kənd sakini Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən
Müraciət
Hörmətli Cənab Prezident!
Hörmətli Media orqanlarının rərbərləri!
Nəzərinizə çatdırıram ki, Kənd Təsərrüfatı nazirliyi Nazirlər Kabinetinin 1994-cü il, 15 yanvar tarixli, 10 saylı qərarını tam əsassız sayır, şəhid və Qarabağ müharibə veteranı ailəsinin haqqını pozur.
Ali təhsili, təcrübəsi və biliyi ilə seçilən alim-aqronom olan oğlum Həsənov Naməddin Tofiq oğlu nazirliyin rüşvətxor bandası qəsdən işdən azad etdib, meydan sulayırlar.
Hörmətli Cənab Prezident!
Bildirirəm ki, ailəmiz altı nəfərdən ibarətdir, ailədə uç azyaşlı uşaq və xəstə, daimi müalicəyə ehtiyacı olan şəhid və veteran anası var. Artıq kommunal xərcləri ödəyə bilmirik, çünki ailədə işləyən tək oğlum idi, onu da 18 aydır qanunsuz olaraq işdən azad ediblər.
Ailəmizə qarşı edilmiş haqsızlığa görə, məcbur olub, ölkə vətəndaşlığından da imtina etmişik. Qanunsuzluqların və özbaşınalığın tuğyan etdiyi Kənd Təsərrüfatı nazirliyində bizi eşidən, şikayətə baxan yoxdur. Kənd Təsərrüfatı nazirlik nəinki vətəndaşın tələbini, hətta Prezidentin və Baş Nazirin imzaladığı qərarları da əhəmiyyətsiz hesab edir.
Hörmətli Cənab Prezident!
Onu da qeyd etmək yerinə düşər ki, Kənd Təsərrüfatı nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin direktoru, ixtisasca neftçi olan Rəşad Vahabzadə sabiq millət vəkili Cümşüd Nuriyevın dediyi kimi, milyardlarla dövlət vəsaitini mənimsəyib. Dövlət Sort Sınaq Məntəqələrinə ayrılmış subsidiyaları və ümumiyyətlə, bu sahələrə ayrılan bütün vəsaitlər Rəşad Vahabzadə Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 7A ünvanında, asfalt üzərində qurduğu saxta fermer kartına köçürüb mənimsəyib. Bu saxtakarlıq barədə dəfələrlə yazsaq da, hələ də araşdıran tapılmır. Hər şey saxta olaraq kağız üzərində qurulub.
Bundan əlavə, Lənkəran DSSM-dən feyxoa, Zaqatala DSSM-dən qoz, fındıq, Kürdəmir DSSM-dən buğda, Ağdam DSSM-dən isə 70 ton buğda Kamaz maşınlarla Rəşad Vahabzadənin istədiyi yerə aparılıb. Oradan satılaraq həmin məhsulların pulu Rəşad Vahabzadə tərəfindən mənimsənilib.
Hazırda Rəşad Vahabzadə həmin Dövlət Sort Sınaq Məntəqələrinin işçilərini məcbur edir ki, məhsulun olmaması barədə saxta akt tərtib etsinlər və yeyintini gizlətsinlər. Hamıya yaxşı məlumdur ki, Dövlət Sort Sınaq Məntəqələri Kənd Təsərrüfatında mühüm əhəmiyyət kəsb edən sahə olduğuna görə, həmin Məntəqələrə Respublikanın ən keyfiyyətli torpaqları ayrılıb və orada məhsulun olmaması mümkün deyil.
Hörmətli Cənab Prezident!
Qeyd edim ki, bundan əlavə, Rəşad Vahabzadə respublika üzrə torpaq və toxum analizləri üçün ayrılmış bütün dövlət vəsaitlərini də mənimsəyib. Analiz pullarından əvvəl analizlər üçün reaktivlər və kimyəvi maddələr alınarkən, özünə yaxın olan MMC-lərlə işbirliyi quraraq, külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Toxum və torpaq analizləri üçün respublika üzrə vətəndaşlardan ödənilmiş pullar milyonlarla manat təşkil edir. İxtisasca neftçi, kənd təsərrüfatından adi anlayışı olmayan Rəşad Vahabzadə yeni bir kəşfə əl atıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib. Beləki, dünyanın heç bir yerində səpindən sonra torpaq analizi aparılmadığı halda, Rəşad Vahabzadə taxılın kollanma, boru və hətta sünbül fazasında yanlış olaraq, torpaq analizləri apartdırır.
Əlavə olaraq qeyd edim ki, Rəşad Vahabzadə respublika üzrə tabeçiliyində olan bütün təşkilatların dəftərxana xərclərini, maşın və texnikalara ayrılan təmir pullarını da yeyib, heç bir təşkilata nə bir vərəq kağız, nə ehtiyat hissəsi, nə də bir manat da olsa, pul verilməyib.
Hörmətli Cənab Prezident!
Sizdən xahiş edirəm ki, mənim Sizə yazdığım, lakin Sizdən gizlədilən 1000-dən artıq şikayət ərizəmi şəxsi nəzarətinizə götürüb, milyonlarla dövlət vəsaitini mənimsəyən Rəşad Vahabzadə haqqında ciddi tədbir görülməsinə göstəriş verəsiniz. Bunu bizdən uğrunda minlərlə şəhid verdiyimiz hüquqi Dövlətimiz, onun ali qanunları və Sizin bu sahədə apardığınız uğurlu siyasət tələb edir.
Dərin hörmət və ehturamla,
Şəhid və Qarabağ müharibə veteranı anası Həsənova Ceyran Məhəmməd qızı.
Tovuz rayonunun Vahidli kənd sakini.