Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Ukraynaya 3 milyard avro yardım edəcək.
Demokratikmusavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu EBRD-nin rəhbəri Odil Renault-Basso bildirib.
"Gələcək bərpa işlərinə hazırlaşmaq üçün dəstəyimizi genişləndirmək üçün əlimizdən gələni edəcəyik. Buraya islahatlara davamlı dəstək daxildir", - Renault-Basso deyib.
Qeyd edək ki, bank Ukraynaya beş əsas yardım istiqaməti müəyyən edib. Bunlar enerji təhlükəsizliyi, ticarətin maliyyələşdirilməsi, əsas infrastrukturun qorunması, ərzaq təhlükəsizliyi və əczaçılıq şirkətlərinə likvidliyin təmin edilməsidir.
Bundan əvvəl EBRD keçən il Ukraynaya 1,7 milyard avro ayırıb, həmçinin tərəfdaş maliyyə institutlarından 200 milyon avro cəlb edib.