Kənd Təsərrüfatı Nazirliyinin qurumu reklama 200 min xərcləyir

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi mətbuatda elan, bildiriş və reklamların verilməsi, reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması, məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Demokratikmusavat.com xəbər verir ki, tenderin qalibi “Tag Consultancy” MMC olub.

Qalib təşkilatla 193,300 min manat məbləğində satınalma müqaviləsi imzalanıb. 

 

0.17844009399414