Neftin qiyməti ilə bağlı bədbin PROQNOZ

 

Beynəlxalq Valyuta Fondu (IMF) 2023-cü ildə neftin qiymətinin 24,1 %, 2024-cü ildə isə 5,8 % azalacağını proqnozlaşdırır.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.

Sənədə əsasən, 2023-cü ildə neftin maya dəyərinin dollar ifadəsində gözlənilən azalması 7,9 faiz bəndi azaldılıb. 2024-cü ilin göstəricisi yanvar ayı ilə müqayisədə 1,3 faiz bəndi artıb.

Valyuta Fondu 2022-ci ildə neftin qiymətinin 39,2 % artacağını təxmin etmişdi.(Report)

0.16708993911743