Azərbaycanda ilk təkmil bot yaradılıb.
“Demokratikmusavat.com ”ın məlumatına görə, “Lala 2.0” adlandırılan bot “ChatGPT 3.5” süni intellekt çatbotu əsasında çalışır.
Azərbaycanlı texnobloger Fərid Pərdəşünas tərəfindən yaradılan botun Azərbaycan dilini dərindən mənimsədiyi, yaxın günlərdə “ChatGPT4”-ə keçid edəcəyi bildirilir.
F. Pərdəşünasın sözlərinə görə, “Lala” eyni zamanda rəqəmsal influnser olaraq fəaliyyətə başlayır və “facebook messenger” və “telegram” vasitəsilə botla danışmaq mümkündür.
Qeyd edək ki, hazırda dünyada süni intellekt əsasında yaradılmış çatbotlar kifayət qədər çoxdur. “Dr. Sbaitso”, “Eliza”, “Parry”, “Racter”, “Mark V Shaney” klassik çatbotlar hesab olunur.