Yerli universitet 122 min manatlıq tədbirlər keçirəcək

 

Azərbaycan Turizm və Menecment Universiteti 2023-ci il üzrə silsilə tədbirlərinin təşkili işinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Demokratikmusavat.comxəbər verir ki, tenderin qalibi “Brendmark” MMC olub.

Qalib təşkilatla 121,497 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Brendmark” MMC 03.12.2019 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Abdullayev Dilqəm Elçin oğludur. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Xarici Dairəvi, ev 5, m. 5 olan şirkətin nizamnamə kapitalı 10 manatdır.

 

0.1919629573822