Ey gülüm, qəmzəylə aşiqini cəzb edənim, sən,
Gəl də çək eşqimin nazını gültək solanım, gəl.
Ləbləri incə, dili xoş, qəlbi sevdayla dolu,
Zəkadan nur, əqli kamalından zövq alanım, gəl.
Sənsiz qalsam hər bir anım dönəcək illərə, bax
Düşməyək Məcnuntək çöllərə yoxdu yalanım, gəl.
Çəkib hər nazını dözdüm, əzabına sən də döz,
Görə-görə qoyma ölüm, başına dolanım, gəl.
Qoyma sevdiyini tək, sirdaşı qəm ola, ey gül,
Buraxma məntək aşiqi tənha ol həyanım, gəl.
İnsafdırmı, Səxavət qalsın çöllü biyabanda,
Səni sevən gündən halıma yoxdur yananım, gəl.
"Demokratikmusavat.com"