Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş həkim təyin edilib.
Bu barədə Demokratikmusavat.com -a nazirlikdən məlumat verilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov səhiyyə naziri Teymur Musayevin əmri iləvəzifəsindən azad olunub. Ağahəsən Rəsulovun yaş həddi iə əlaqədar əmək müqaviləsinə xitam verilib.