Bacanağını öldürüb polisi aldatmaq istədi - Qubadakı qətlin təfərrüat  - FOTO

 

Qubada bacanağını qətlə yetirməkdə təqsirli bilinən Emin Nəsirovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini 1987-ci il təvəllüdlü Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Nəsirov Emin Məhəmməd oğlu münaqişə zəminində bacanağı, N.Xəlilovu bıçaqlayaraq qətlə yetirib.

Qətli törədən E.Nəsirov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rayon prokurorluğunda onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

İş üzrə dindirilmiş Emin Nəsirov ifadəsində göstərib ki, 2011-ci ildə Günəş Mürsəliyeva ilə tanış olub və onunla qeyri-rəsmi yaşamağa başlayıb. Nemət Xəlilovuda həmin vaxtdan tanıyıb. Oda rəsmi nigahları olmadan Mürsəliyevanın bacısı ilə yaşayıb. Tüfeyli həyat tərzi sürməklə demək olar ki, hər gün spirtli içki qəbul edib. Nemət onun arvadı, qayınanası və baldızını əxlaqsız sözlərlə təhqir edib. 

Bu səbəbdən Emin 2015-ci ilin yanvar ayından Neməti öldürmək istəyib. Arvadına qarşı işlətdiyi sözlərin qisasını almaq barədə düşünüb. Bakıda fəhləliklə məşğul olduğundan Quba rayonuna az-az gəlib və Xəlilovla rastlaşa bilməyib. 

2016-cı il iyulun 7-si saat 23:00 radələrində Nemət Günəşə zəng edərək anasının və digərlərinin ünvanlarına söyüşlər söyüb telefonu söndürüb. Emin qab-qacaq qoyulan dolabdan bıçağı götürüb Nemətin fəhləlik etdiyi bağa tərəf qaçıb. 

Təxminən 130-140 metr getdikdən sonra qarşıdan 2 nəfərin gəldiyini görüb. Qaranlıqda onlardan birinin Nemət olduğunu dəqiqləşdirib. 

Emin Nəsirov ifafəsinin davamında bildirib ki, Nemət az əvvəl telefonda işlətdiyi söyüşləri onun üzünə söyləyən zaman bıçaqla sinəsinin sağ tərəfindən zərbə vuub. Xəliov arxası üstə yıxılaraq hərəkətsiz vəziyyətdə yerdə qalıb. Sonuncunun ona müqavimət göstərməyə taqəti olmayıb. Ayağı ilə Neməti itələyib su arxına atıb. 

Mərhumun yoldaşı bilavasitə hadisənin şahidi olub. Emin ondan xahiş edib ki, onu satmasın. Soruşan olsa desin ki, Nemət özünə qəsd edib. 

Hadisə yerindən 50 metr evə doğru gedərkən bıçağı boş torpaq sahəsinə atıb. 
Hadisənin səhərsi günü mərhumun yoldaşı Cəmilə Muradova bir neçə dəfə "102" xidmətinə zəng etsədə ora düşə bilməyib. Buna görə sahə müvəkkili ilə əlaqə saxlayıb ərinin özünü bıçaqla vurduğunu deyib. Emin bildirib ki, bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlib. Arvadını və baldızını həmin yerə aparıblar. Özü isə evdə qalıb. Yuxudan  oyanıb mətbəxdə siqaret çəkərkən qayınanası evə tək qayıdıb deyib ki, qızlarını polis şöbəsinə aparıblar. Bunu eşidən Emin qayınanasına Neməti öldürdüyünü və bundan sonra rahat yaşayacaqlarını bildirib. Elə onunla söhbər edərkən 4 nəfər polis əməkdaşı içəri daxil olub onu tutublar. Şöbədə Xəlilovu necə öldürdüyünü etiraf edib.

Məhkəmə prosesində Emin Nəsirov ittiham üzrə özünü tam təqsirli bilib. 

Sonda məhkəmənin hökmü ilə Emin Nəsirov 12 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

0.14379215240479