Sulutəpə qəsəbəsindəki qətlin təfərrüatları məlum olub - FOTO

 

Sulutəpə qəsəbəsində qonşunu qətlə yetirməkdə təqsirli bilinən Samir Eynalovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü Samir Həsrət oğlu Eynalov aralarında yaranan münaqişə zəminində qonşusu, 1969-cu il təvəllüdlü Nizami Səlimxan oğlu Nuriyevi bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Samir Eynalov könüllü polisə gələrək təslim olub.

İş üzrə dindirilmiş Samir Eynalov ifadəsində göstərib ki, Nizami ilə arasında ədavət 2013-cü ildən yaranıb. Belə ki, o Nizaminin bacanağını evində ailəsi ilə kirayədə qalıb. Sonradan aralarında olan münasibət pisləşdiyindən Nuriyev həmin evdən çıxmasını tələb edib. 

Nizamiyə ev onun olmadığı halda onu necə çıxara biləcəyini soruşduqda o, Eynalovu təhqir edərək döyüb. Həmin vaxt qaynı Elnur onları ayırıb. Samir bu barədə polisə şikayət etməyib. 

Hadisədən bir gün keçmiş axşam vaxtı Nizami qapılarına gələrək onunla arvadına burdan köçməsini deyib. Cavab olaraq yoldaşı ev sahibi ilə danışıb evdə qalmalarına razılaşdıqlarını deyib və qapını onun üzünə bağlayıb. Bundan əsəbləşən Nuriyev qapılarına iki dəfə təpik vurub və çıxıb gedib. 

Səhərsi gün Nizami ilə rastlaşdıqda Samir ona bu şəraitdə yaşaya bilməyəcəyini deyib və 10-15 gün vaxt istəyib. Nuriyev isə ondan bu dəqiqə edən köçməsini tələb edib. Əlacsız qalan Samir Eynalov həmin gün Sumqayıtda yaşayan bacanağının evinə köçüb. 

Samir Eynalov bildirib ki, Nizami ilə qonşuluqda yaşayan evdən çıxandan sonra bir il ərzində ora germəyib. Baxmayaraq ki, qayınanası gil həmin ünvanda yaşayıb. Sözü gedən ev nəmişlik olduğndan 2014-cü ildə qaynı Elnurda oradan köçkəm isyətib və hgəlib ona kömək etməsini xahiş edib. 

Samir həyətə çatanda Nizami ilə yoldaşı ona baxıb kinayəli gülməyə başlayıblar. Bu oan pis təsir etsədə əhəmiyyət verməyərək evə keçib və əşyaları daımağa başlayıb. 

Yükləri aramaq üçün sürücüyə zəng vurduqda o, yalnız 2 saata gələcəyini deyib. Buna görə Samit yük avtomaşın tapmaq üçün küçəyə çıxıb və təsadüfən Nizami ilə rastlaşıb. Nuriyev yenə ona baxıb gülüb. Nizaminin onu açıq aydın ələ saldığını görb təhqirlərə son qoymaq istəyib. Bu məqsədlə ona yaxınlaşıb söhbət etmək istədiyini bildirdik də,  Nizami yaxasından tutub onunla danışmağa layiq olmadığını deyib. Sonra isə yerdən daş parçası götürərək Samirə xəsarət yetirib. Axırıncı zərbəyə dözməyən Eynalov bıçaqla Nuriyevi vurub yerə yıxıb. 

Samir Eynalov ifadəsinin davamında bildirib ki, hadisədən sonra bıçağı yol tərəfə atıb. O, taksiyə minib bir başa könüllü olaraq polis bölməsinə gəlib. Samir Eynalov Nizami Nuriyevi öldürmək fikri olmadığını qeyd edib. Əvvəlcədən aralarında ədavət olmasına baxmayaraq bu dəfə onun hərəkətlərinə dözməyib. 

Məhkəmə prosesində Samir Eynalov ittiham üzrə özünü qismən təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə Samir Eynalov 13 il müddətinə azadlıqdan məhrum olunub.

 

0.13543891906738