İftar süfrəsi üçün maraqlı reseptlər

 
İftar süfrəsi üçün reseptləri tədim edirik:
 
Noxud şorbası
 
Ərzaqlar:
1 kasa bişmiş noxud
2 ədəd kartof
1 ədəd soğan
3 yemək qaşığı yağ
5,5 stəkan su
duz və istiot zövqə görə
 
Hazırlanması:
Xırda doğranmış soğanı yağda qızardın. Başqa qaba 1 xörək qaşığı kərə yağını töküb əridin. 1 xörək qaşığı un əlavə edib bir az qovurun. Sonra xırda doğranmış kartofu tökün və soğanla birlikdə qovurun. Suyu töküb kartof yumuşalana qədər bişirin. Üzərinə noxudu və yağda qovrulan unu, duz, istiot əlavə edin və bir az bişirin. Sonda blenderlə şorbanı əzin və süfrəyə verin. 
 
Macar kababı
 
Ərzaqlar:
500 qr. xırda doğranmış ət
2 ədəd adımcan
1 ədəd kartof
1 stəkan bişmiş yaşıl noxud
2 ədəd pomidor
5 diş sarımsaq
3 yemək qaşığı yağ
duz və qara istiot
 
Beşemel sousu üçün:
1 yemək qaşığı yağ
1 yemək qaşığı un
1,5 stəkan süd
duz və istiot
 
Üzəri üçün:
1 stəkan rəndələnmiş holand pendiri
 
Hazırlanması:
Əti vam odda qarışdıra-qarışdıra qovurun. Sonra ətin üstünü bir az örtəcək qədər su tökün. Ət yumuşalana qədər bişirin. Badımcanı, kartofu soyub dördkünc formada doğrayın. Yağda ayrı-ayrı qızardın. Suyu quruyan ətin üzərinə 3 qaşıq yağ, bişmiş yaşıl noxud, sarımsaq əlavə edin. 3-5 dəqiqə bişirin. Sonra üzərinə xırda doğranmış pomidoru əlavə edin. Azca bişirib, oddan alın. Sobaya qoya biləcəyiniz qabın içərisinə əti töküb, üzərinə qızartdığınız katof və badımcanı əlavə edin. Kənarda beşemel sousu üçün un və 1 qaşıq yağı qovurun. Üzərinə az-az süd töküb qarışdırın. Qatı hal alana qədər qarışdıraraq bişirin. Üstünə duz və qara istiot səpin. Sousu ətlərin üstünə əlavə edib, holand pendirini səpin və 180 dərəcə isidilmiş sobada 25 dəqiqə bişirin. 
 
Şokoladlı muhallebi
 
Ərzaqlar:
1 litr süd
1 st. şəkər tozu
3 xörək qaşığı un
3 xörək qaşığı nişasta
1 yemək qaşığı kərə yağı
1 paket vanilin 
1 paket krem şanti
2,5 paket kakaolu biskvit
 
Üzəri üçün:
1 ədəd şokolad sousu
2 st. süd
 
Hazırlanması:
Bir qaba südü tökün, üzərinə toz şəkər, un, nişasta əlavə edim ocağa qoyun. Qarışdıraraq qatı hala gəlməsini gözləyin. Sonda vanilin və kərə yağını tökün. Kənara qoyub soyumağını gözləyin. Üstünə krem şantini tökün və mikserlə qarışdırın. Bir şüşə qaba peçenyeləri düzün. Üzərinə muhallebini tökün və yenidən peçenyeləri düzün. Kənarda şokolad sousunu südə töküb bişirin. Qatılaşanda kənara qoyub azca soyumasını gözləyin. Sonra muhallebinin üstünə tökün. 1 gün soyuducuda saxladıqdan sonra süfrəyə verin.(axsam.az)
0.19701409339905