"Açıq mikrofon" aksiyası Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların ixtiyarına verilib. Tədbirə sahibkarlardan çox sakinlər qatılıb.
Demokratikmusavat.com xəbər verir ki, sahibkar kimi yalnız Hidayət Məcidlinin müraciəti qeydə alınıb. Onun üzləşdiyi çətinlik isə qaz təchizatında bəzi hallarda yaşanan fasilələrlə bağlı olub. Sonra mikrofon sakinlərin ixtiyarına verilib. Rayonun Yeniarx kəndindən qatılan 7 sakin 16 fərdi yaşayış evinin mavi yanacaqla təchiz olunmasını istəyib. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.
Demokratikmusavat.com