Şəhərin mərkəzində velosiped üstündə qətl - TƏFƏRRÜAT -FOTO

 

Bakıda mübahisə zəmnində adam öldürməkdə təqsirli bilinən Emin Ağazadənin cinayət işi üzrə təfərrüatlar məlum olub.

Demokratikmusavat.com xəbər verir ki, hadisə Nəsini rayonu ərazisində baş verib. Rayonun Bülbül küçəsində Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayev qətlə yetirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Ağazadə hadisə baş verən günü dostu Kamranla görüşüb velosipedlə şəhərin mərkəzinə gedib gəzmək qərarına gəldiyini bildirib. Onlar Suraxanı rayonundan şəhərə gəliblər. Bülbül prospektində velosiped sürərkən Kamran gecə klubunun qarşısında dayanan qızlara söz atdıqda orada duran əvvəllər tanımadığı Kamran Orucov onun arxasınca qışqırıb söyüş söyməməsini tələb edib. 

Emin həmin şəxsə yaxınlaşıb Kamranın dostu olduğunu deyib və onun yerinə üzr istəyib. Sonra Nizami kinoteatrının qarşısında dayanıb söhbət edərkən tanımadıqları Vüsal Abdullayev və daha bir nəfər onlara yaxınlaşıblar. Vüsal Kamrandan sürmək üçün velosipedi istədikdə sonuncu onu verməkdən imtina edərək kənara çəkilməsini tələb edib. Amma Abdullayev yenə təkidlə ondan velosipedi istəyib. Emin yolunun uzaq və evə getməli olduğunu bidirdikdə, Vüsal kobud şəkildə velosipedi götürüb onun başına vuracağını deyib. Ağazadə Vüsaldan kənara çəkilməsini xahiş edib. Cavab olaraq sonuncu ona şillə vurub. 

Bu zaman Emin Vüsalın üzərinə getdikdə digər oğlan onun qolundan tutub. O, cəlb cibindən bıçağı çıxarıb açıb. Çıxıb getmək isyətən zaman Vüsal yenidən onun üzərinə gəlib. Buna görədə sağ əlində tutduğu bıçaqla onun bədəninə bir zərbə vurub. 

"Bıçaqla bir dəfə qorxutmaq istədim çəkildi arxaya. İkinci dəfə üstünə cumub bıçağı atanda istədim qolundan vurum girdi bədəninə". 

Emin Ağazadə ifadəsinin davamında bildirib ki, zərbədən sonra Vüsal arxaya çəkilib və qaçmağa cəhd edib. O, isə  Kamranla birlikdə velosipedə minib Dənizkənarı Bulvar istiqamətində, ordan isə taksi avtomaşını ilə yaşadıqları evə gediblər. Səhərisi gün polis əməkdaşları yaşadığı evə gəlib, onu Nəsimi RPİ 22-ci Polis Bölməsinə aparıblar.  

Məhkəmə prosesində Emin Ağazadə ittiham üzrə özünü təqsirli hesab edib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İlham Аbdullayev məhkəməyə təqdim etdiyi ərizədə onun Emin Ağazadəyə qarşı heç bir şikayəti və tələbi olmadığını göstərib.

Sonda məhkəmənin hökmü ilə Emin Ağazadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

Natiq

 

0.15492105484009