2023-cü il fevralın 28-nə Azərbaycanda vaxtı keçmiş kreditlər 606,1 milyon manat təşkil edib.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% azdır.
Fevral ayı ərzində isə vaxtı keçmiş kreditlərin həcmində 3,8% artım müşahidə olunub.
Cari ilin fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3%, ötən il fevralın sonuna isə 3,9% təşkil edib.